Volodimir Zelenski: "Vladimir Putinlə görüşməyə hazıram"

Volodimir Zelenski: "Vladimir Putinlə görüşməyə hazıram" Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinlə təkbətək görüşməyə hazır olduğunu bildirib.
Region
13 May , 2022 13:30
Volodimir Zelenski: Vladimir Putinlə görüşməyə hazıram

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinlə təkbətək görüşməyə hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, bunu Ukrayna lideri İtaliyanın “Rai 1” telekanalına müsahibəsində açıqlayıb.

“Məsələ hər gün daha da mürəkkəbləşir. Şəxsən mən belə hesab edirəm. Çünki kiçik şəhərlər artıq işğaldan azad edilir. Üstəgəl, Rusiyanın vandallığı ilə bağlı faktlar çoxalır. İndi cəmiyyət danışıqlara müsbət yanaşmır. Amma mən Prezident kimi, Putinlə danışmağa hazıram. Ancaq birbaşa onunla, vasitəçilər olmadan və ultimatum dili ilə yox, dialoq şərtləri daxilində”, - o söyləyib.

Xatırladaq ki, V.Zelenski bu yaxınlarda qeyd etmişdi ki, əsir götürülən mülki əhalinin və hərbçilərin öldürülməsinə görə Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər.

Son xəbərlər

Orphus sistemi