Zelenski NATO-nu ittiham edib: "Qərblə Rusiya arasında qalmışıq” - YENİLƏNİB

Zelenski NATO-nu ittiham edib: "Qərblə Rusiya arasında qalmışıq” - YENİLƏNİB “Biz indi Qərblə Rusiya arasında qalmışıq”.
Region
24 Mart , 2022 15:15
Zelenski NATO-nu ittiham edib: Qərblə Rusiya arasında qalmışıq” - YENİLƏNİB

“Ukraynanın hədsiz dəstəyə ehtiyacı var. Amma NATO bizə təyyarələrinin, tanklarının 1 faizini belə verməyib”.

“Report”un xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.

“Müharibə aparan bir ölkə üçün bu, ən pis haldır. Təəssüf ki, kömək tələblərimizə cavab verilmədi”, - dövlət başçısı vurğulayıb.

14:39

“Biz indi Qərblə Rusiya arasında qalmışıq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.

“Biz bir aydır ki, qəhrəmancasına müqavimət göstəririk. Qlobal təhlükəsizliyin və dinc ölkənin asayişinin məhv edilməsinə görə bir aydır cəzasızlıq hökm sürür. Bütün bunlar isə dünyanın gözü qarşısında baş verir. NATO bunları başa düşməlidir”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi