Vladimir Putinin sözçüsü: "Taxıl sazişi"nin müddəti başa çatıb"

Vladimir Putinin sözçüsü: "Taxıl sazişi"nin müddəti başa çatıb" "Ukrayna taxılının dünya bazarına çatdırılmasını nəzərdə tutan "Taxıl sazişi"nin müddəti dayandırılır".
Region
17 İyul , 2023 13:10
Vladimir Putinin sözçüsü: Taxıl sazişinin müddəti başa çatıb

"Taxıl sazişi"nin müddəti başa çatıb və sənədin vaxtı uzadılmayıb".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

O söyləyib ki, razılaşmanın Moskva ilə bağlı hissəsi yerinə yetirildikdən sonra Rusiya dərhal “Taxıl sazişi” ilə bağlı sövdələşməyə qayıdacaq.

D.Peskov onu da deyib ki, Rusiyanın “Taxıl sazişi” ilə bağlı mövqeyi iyulun 17-də Krım körpüsünə hücumdan əvvəl də açıqlanıb və hadisə məsələyə təsir göstərməyəcək.

Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Xatırladaq ki, Ukrayna və Rusiya dünyanın aparıcı taxıl ixracatçılarıdır.

Son xəbərlər

Orphus sistemi