Ermənistanda etirazçılar özlərini zəncirlə bağlayıblar - YENİLƏNİB

Ermənistanda etirazçılar özlərini zəncirlə bağlayıblar - YENİLƏNİB “Vətən uğrunda Tavuş” hərəkatı İrəvanın Ərəbkir inzibati rayonundakı Surb Xaç kilsəsindən Ermənistan İstintaq Komitəsinin binasına doğru yürüş edib.
Region
3 İyun , 2024 12:38
Ermənistanda etirazçılar özlərini zəncirlə bağlayıblar - YENİLƏNİB

“Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında saxlanılan tərəfdarlarının azad edilməsi tələbi ilə Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında qeyri-adi etiraz aksiyası keçiriblər.

“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Vəkil Ruben Melikyan qeyd edib ki, mayın 31-də Ermənistan XİN-də saxlanılan vətəndaşlara qarşı hələ də qanunla müəyyən edilmiş qaydada ittiham irəli sürülməyib. Bu o deməkdir ki, 72 saat həbsdən sonra onların hamısı azadlığa buraxılmalıdır.

O da bildirilib ki, “Azatazen” təşkilatının üzvü İşxan Gevorqyan və aksiyanın digər iştirakçıları özlərini zəncirləyərək polis əməkdaşlarının qarşısında dayanıblar.

10:59

“Vətən uğrunda Tavuş” hərəkatı İrəvanın Ərəbkir inzibati rayonundakı Surb Xaç kilsəsindən Ermənistan İstintaq Komitəsinin binasına doğru yürüşə başlayıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, artıq İstintaq Komitəsinin binasına əlavə polis qüvvələri cəlb edilib.

Yürüş başlamazdan əvvəl hərəkatın rəhbəri arxiyepiskop Baqrat Qalstanyan qeyd edib ki, etirazçılar komitəyə tələblər təqdim etmək niyyətindədirlər.

Eyni zamanda o, əlavə edib ki, Ermənistanda bütün qərarları bir nəfər qəbul edir və bunu hamı bilir.

B.Qalstanyan bildirib ki, xarici səfirlər hər şeyi görür, qeydə alır, amma Ermənistan hakimiyyəti ilə razılaşmalara əsaslanaraq susurlar.

Son xəbərlər

Orphus sistemi