Ukraynanın Avropa İttifaqına üzvlüyü proseduru sürətləndirilib

Ukraynanın Avropa İttifaqına üzvlüyü proseduru sürətləndirilib “Ukraynanın Avropa İttifaqı üzvülüklə bağlı ərizəsinin sürətləndirilməsi üzrə prosedur qərbul edilib, qeydiyyata alınıb və baxılmaq ərəfəsindədir”.
Region
1 Mart , 2022 15:44
Ukraynanın Avropa İttifaqına üzvlüyü proseduru sürətləndirilib

“Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı ərizəsinin sürətləndirilməsi üzrə prosedur qəbul edilib, qeydiyyata alınıb və baxılmaq ərəfəsindədir”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak bildirib.

“Fevralın 28-də Prezident Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzv olması prosedurunun sürətləndirilməsi üzrə ərizəni imzalayıb. Ərizə qəbul olunub və baxılır”, - Andrey Yermak tviter səhifəsində yazıb.

Qeyd edək ki, Litva, Latviya, Estoniya, Polşa, Çexiya, Slovakiya, Bolqarıstan və Sloveniya prezidentləri Ukraynanın Avropa İttifaqına qəbulunun sürətləndirilməsi təşəbbüsü ilə çıxış ediblər. Macarıstanın xarici işlər naziri Peter Siyarto rəsmi Brüsseli bu məsələni sürətləndirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi