Ukraynada Rusiyanın ən yaxşı helikopter pilotu öldürülüb

Ukraynada Rusiyanın ən yaxşı helikopter pilotu öldürülüb Ukrayna ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin polkovniki Vasili Kleşenkonu zərərsizləşdirib.
Region
9 Avqust , 2022 02:54
Ukraynada Rusiyanın ən yaxşı helikopter pilotu öldürülüb
Vasili Kleşenko

Ukrayna ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin polkovniki Vasili Kleşenkonu zərərsizləşdirib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

"Rusiya Hava-Kosmik Qüvvələrinin ən yaxşı helikopter pilotu polkovnik Kleşşenkonun meyiti vurulmuş Ka-52 hərbi helikopterinin dağıntıları altındadır", - məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyinin saytında qeyd edilib ki, Kleşşenko ölkə ordusu aviasiyasının uçuş heyətinin döyüş tətbiqi və yenidən hazırlanması üzrə 344-cü mərkəzin rəis müavini olub.

Zərərsizləşdirilən polkovnik həmçinin ötən il mayın 9-da Qırmızı Meydan üzərində helikopterlərin paradına rəhbərlik edib, bunu Rusiya təbliğat mediasındakı müvafiq nəşrlər sübut edir.

Son xəbərlər

Orphus sistemi