Rusiyanın Tatarıstan Respublikasının Elabuq sənaye zonasına PUA-larla hücum nəticəsində 13 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tatarıstan Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, xəsarət alanlardan 8-i hospitala yerləşdirilib.
Rusiyanın Tatarıstan Respublikası ərazisində “Shahed” hazırlanan zavoda pilotsuz uçuş aparatı ilə (PUA) ilə hücum olub.
“Report” UNIAN-a istinadən xəbər verir ki, həmin zavod Ukrayna sərhədindən min kilometr məsafədə yerləşir.
Bildirilib ki, hücum Tatarıstanın “Elaz-Neft məhsulları” Neft-emalı zavoduna və “Alabuqa” xüsusi iqtisadi zonaya iki hücum olub.
“RBK-Ukraina”nın məlumatına görə, Tatarıstan istiqamətində “UJ-22” PUA-sı uçub. O, 2020-ci ildən Ukrayna silah arsenalına daxil edilib və göyərtəsində 20 kiloqrama yaxın partlayıcı daşıyır.
Vurğulanıb ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.