Ukrayna Qara dənizdə Rusiyanın daha bir gəmisinin məhv etdiyini açıqlayıb

Ukrayna Qara dənizdə Rusiyanın daha bir gəmisinin məhv etdiyini açıqlayıb Ukrayna Hərbi Dəniz Qüvvələri İlan adasında (Zmeinıy) Rusiya Qara Dəniz Donanmasına məxsus “Vasili Bex” qoşqu gəmisini məhv edib.
Region
17 İyun , 2022 11:49
Ukrayna Qara dənizdə Rusiyanın daha bir gəmisinin məhv etdiyini açıqlayıb

Ukrayna Hərbi Dəniz Qüvvələri İlan adasında (Zmeinıy) Rusiya Qara Dəniz Donanmasına məxsus “Vasili Bex” qoşqu gəmisini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilib ki, gəminin göyərtəsində “TOR” zenit-raket kompleksi olub.

Odessa vilayəti hərbi komandanlığının başçısı Maksim Marçenko Rusiya gəmisinin Britaniya istehsalı olan “Harpoon” gəmi əleyhinə raketi ilə vurulduğunu açıqlayıb.

Məlumata görə, bu gəmi qoşqusunun su tutumu 1 605 tondur. Rusiyanın Həştərxan şəhər gəmiqayırma zavodunda tikilib. Onu Qara Dəniz Donanmasına 2017-ci ildə daxil ediblər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bu ilin aprelində “Neptun” raketi İlan adası yaxınlığında Rusiyanın “Moskva” kreyserini vuraraq batırıb.

Son xəbərlər

Orphus sistemi