Ukrayna Prezident Ofisi Kremlin sülh sənədi ilə bağlı açıqlamasına münasibət bildirib

Ukrayna Prezident Ofisi Kremlin sülh sənədi ilə bağlı açıqlamasına münasibət bildirib Rəsmi Kiyev Moskvanın sülh sənədi layihəsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Region
20 Aprel , 2022 15:34
Ukrayna Prezident Ofisi Kremlin sülh sənədi ilə bağlı açıqlamasına münasibət bildirib

Rəsmi Kiyev Moskvanın sülh sənədi layihəsi ilə bağlı açıqlamasına münasibət bildirib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak açıqlama verib.

O, həmin sənədin Ukraynanın təkliflərinə əks mövqedə olduğunu söyləyib.

"İndi biz həmin sənəddə qeyd olunanları öyrənəcək, müqayisə edəcək və nəticə çıxaracağıq. Biz İstanbul görüşü çərçivəsində qarşı tərəfə öz təkliflərimizi vermişdik. Həmçinin təhlükəsizlik təminatları ilə bağlı tələblərimizi də bildirmişdik”, - o bildirib.

Qeyd edək ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya tərəfinin Kiyevə sülh sənədi layihəsini təklif etdiyini və cavab gözlədiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi