Ukrayna MN: Hərbi məqsədlər üçün istifadə olunan dronların, demək olar, hamısı yerli istehsaldır

Ukrayna MN: Hərbi məqsədlər üçün istifadə olunan dronların, demək olar, hamısı yerli istehsaldır Ukrayna hərbçilərinin aldığı əldə etdiyi dronların, demək olar, hamısı Ukraynada hazırlanır.
Region
1 İyun , 2024 23:18
Ukrayna MN: Hərbi məqsədlər üçün istifadə olunan dronların, demək olar, hamısı yerli istehsaldır

Ukrayna hərbçilərinin aldığı əldə etdiyi dronların, demək olar, hamısı Ukraynada hazırlanır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Dmıtro Klimenkov “Small Talk” verilişində söyləyib.

“Bütün məmulatların, demək olar, 100 faizi Ukraynada istehsal olunur. Bu sahədə ən əhəmiyyətli hissəni özəl biznes tutur və bu, yaxşıdır, çünki bu, həm də iqtisadiyyata aiddir”, – nazir müavini bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Müdafiə Təchizatları Agentliyi ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələri üçün 20 min pilotsuz uçan aparatın alınması üçün “Prozorro” (elektron publik satınalmalar sistemi) vasitəsilə qapalı tender elan edib. Onların ümumi dəyəri təxminən 3 milyard qrivna (təxminən 73 milyon dollar) qədər qiymətləndirilir. Artıq 7 minə yaxın dron müqaviləyə salınıb.

“Həm məhsul, həm də qiymət baxımından çox yaxşı sonuclar əldə etdik, buna görə də daha 7 000 “quş” sınaqdan keçirilir”, – Klimenkov əlavə edib.

Onun sözlərinə görə, buna ayrılan büdcədən 1 milyard qrivnadan çoxu artıq xərclənib.

Son xəbərlər

Orphus sistemi