Ukraynalı general: "Baxmut şəhərini geri qaytarmaq üçün hər cür şərait yaranıb”

Ukraynalı general: "Baxmut şəhərini geri qaytarmaq üçün hər cür şərait yaranıb” “Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərini geri qaytarmaq üçün hər cür şərait yaranıb”.
Region
20 İyul , 2023 14:21
Ukraynalı general: Baxmut şəhərini geri qaytarmaq üçün hər cür şərait yaranıb”

“Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərini geri qaytarmaq üçün hər cür şərait yaranıb”.

“Report” xəbər verir ki, bunu Ukrayna Quru Qoşunları komandanı general-polkovnik Aleknsandr Sırski BBC-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Baxmuta cəmləşən Rusiya qoşunları kamanı xatırladır: “Onlar yarımmühasirədədirlər. Bundan yaxşı istifadə etmək olar”.

Sırski deyib ki, bu şərait on dəfə az itki ilə Baxmutun qaytarılmasına imkan verəcək.

O əlavə edib ki, Rusiyanın "Vaqner" Xüsusi Hərbi Şirkətinin döyüşçülərini tamamilə Baxmuta soxmaq səhv idi: “Onlar orada böyük itkilər verərək, əslində, döyüş qabiliyyətini itirdilər”.

Sırski Baxmutun qaytarılması ilə bağlı tarix açıqlamasa da, bunu qısa zamanda edəcəklərini vurğulayıb.

Qeyd edək ki, Aleksandr Sırski 1965-ci il iyulun 26-da Rusiyanın Vladimir vilayətinin Novinki şəhərində anadan olub. 2019-cu il avqustun 5-dən Ukrayna Quru Qoşunları komandanıdır. 2020-ci ildə ona general-polkovnik hərbi rütbəsi verilib. 2022-ci ildə Ukrayna Qəhrəmanı fəxri adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi