Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb

Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb Ukrayna Silahlı Qüvvələri kamikadze dronundan istifadə etməsinə dair ilk görüntülər yayılıb
Region
241
24 May , 2022 11:37
Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb

Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlardan istifadə etməsinə dair ilk görüntülər yayılıb.

“Report” xəbər verir ki, kamikadze dronunun Rusiya texnikası və hərbçilərini zərərsizləşdirməsi videosu Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvələrinin feysbuk səhifəsində paylaşılıb.

“Rusiya işğalçıları zirehdə oturaraq rahatca alkoqol içirdilər. Lakin onların adət etdiyi məşğuliyyət qəflətən aviazərbə ilə dayandırılıb. Güclü partlayıcı maddə ilə təchiz edilmiş müasir kamikadze pilotsuz uçan aparat birbaşa tanka çırpılıb. Düşmən itkilər verib”, - Xüsusi Əməliyyatlar Qüvvələrinin Komandanlığı bildirib.

Paylaşımda hansı drondan istifadə edildiynə dair məlumat verilməsə də, bunun ABŞ istehsalı “Switchblade” olduğu güman edilir.

Son xəbərlər

Orphus sistemi