Ukrayna hərbçiləri son sutkada Baxmutda 1700 metr irəliləyib

Ukrayna hərbçiləri son sutkada Baxmutda 1700 metr irəliləyib “Biz bu gün Donetsk vilayətinin Baxmut şəhərində 1700 metr irəliləmişik”.
Region
18 May , 2023 11:03
Ukrayna hərbçiləri son sutkada Baxmutda 1700 metr irəliləyib

“Biz bu gün Donetsk vilayətinin Baxmut şəhərində 1700 metr irəliləmişik”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri şəxsi heyət və sursat baxımından qarşı tərəfdən üstün deyil:

“Amma cinahlarla irəliləməyə davam edirik. Baxmut hərbi əməliyyatların episentri olaraq qalır”.

S.Çerevatının sözlərinə görə, Rusiya Silahlı Qüvvələri gün ərzində Baxmut istiqamətində 77 dəfə artilleriya, 6 dəfə isə təyyarə ilə zərbələr endirib:

“Döyüşlərdə qarşı tərəfin 130 hərbçisi məhv edilib, 145-i yaralanıb, 4-ü isə əsir götürülüb”.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Rusiya Baxmutda təşəbbüsü itirib.

Qeyd edək ki, 8 aydır Baxmutda gərgin döyüşlər gedir.

Son xəbərlər

Orphus sistemi