Türkmənistan Xəzər məsələləri üzrə balanslaşdırılmış qərarların hazırlanmasının tərəfdarıdır

Türkmənistan Xəzər məsələləri üzrə balanslaşdırılmış qərarların hazırlanmasının tərəfdarıdır Türkmənistanın Xarici İşlər Nazirliyində ölkənin Xəzər dənizi məsələləri üzrə Qurumlararası Komissiyasının növbəti, 62-ci iclası keçirilib.
Region
29 İyul , 2024 04:03
Türkmənistan Xəzər məsələləri üzrə balanslaşdırılmış qərarların hazırlanmasının tərəfdarıdır

Türkmənistanın Xarici İşlər Nazirliyində ölkənin Xəzər dənizi məsələləri üzrə Qurumlararası Komissiyasının növbəti, 62-ci iclası keçirilib.

“Report” Mərkəzi Asiya ölkəsinin xarici siyasət idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas iştirakçıları Türkmənistanın uzun illər Xəzər məsələləri üzrə balanslaşdırılmış qərarların hazırlanmasında fəal mövqe tutduğunu və Xəzərdə əməkdaşlığın hüquqi bazasının inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Hazırda bu proses beynəlxalq hüquq normaları çərçivəsində bütün Xəzəryanı ölkələrlə əməkdaşlıq şəraitində davam etdirilir.

İclasda Nazirlər Kabineti sədrinin müavinləri, Türkmənistanın bəzi nazirlik və profil qurumlarının başçıları və nümayəndələri iştirak ediblər. Həmçinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun BMT Baş Assambleyasının 78-ci sessiyasının plenar sessiyasında irəli sürdüyü “Xəzər Ekoloji Təşəbbüsü” müzakirə olunub.

Qeyd olunub ki, təşəbbüs Xəzərin ətraf mühitinin mühafizəsi, onun bioloji ehtiyatlarının qorunması, bir sıra aktual ekoloji problemlərin həlli ilə bağlı geniş spektrli məsələlər üzrə məzmunlu və peşəkar qarşılıqlı fəaliyyət üçün yeni beynəlxalq platformaya çevrilmək niyyətindədir.

İclas iştirakçıları hər il avqustun 12-də qeyd olunan Xəzər Dənizi Günü ilə bağlı təşkilati məsələləri də müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi