Əfqanıstandan Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 296 immiqrant İğdırdan ölkələrinə göndərilib.
"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar təyyarə ilə yola salınıb.
İğdır Rayon Miqrasiya İdarəsi Çıxış Mərkəzindən aparılan əfqanıstanlı 296 qeyri-qanuni immiqrant bu gün günorta saatlarında polisin müşayiəti ilə Şəhid Bülent Aydın Hava Limanına çatdırılıb, oradan da təyyarə ilə Əfqanıstana göndəriliblər.