Türkiyənin hərbi-siyasi rəhbərliyi Suriya Prezidenti ilə görüşüb - YENİLƏNİB
- 22 dekabr, 2025
- 16:02
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaraa, xarici işlər naziri Esad Hasan Şeybani, müdafiə naziri Murhef Ebu Kasra və Ümumi Kəşfiyyat rəisi Hüseyin El Seleme ilə görüşüblər.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın ilə birlikdə Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.
"Report" xəbər verir ki, onlar Suriya Prezidenti Əhməd əş-Şaraa və suriyalı rəsmilərlə görüşəcəklər.
Səfər çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ilə Türkiyə-Suriya əlaqələrinin son birillik gedişatının ətraflı şəkildə qiymətləndirilməsi və Türkiyənin milli təhlükəsizlik prioritetlərini yaxından maraqlandıran 10 mart Sazişinin tətbiqi prosesinin gedişatının müzakirə edilməsi nəzərdə tutulur.
Həmçinin, Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin müzakirəsi gözlənilir.