Türkiyədə Qurban bayramında yeni məhdudiyyətlər olmayacaq

Türkiyədə Qurban bayramında yeni məhdudiyyətlər olmayacaq “Qurban Bayramı zamanı yeni məhdudiyyətlərin tətbiqi gündəlikdə yoxdur”.
Region
17 İyul , 2020 16:10
Türkiyədə Qurban bayramında yeni məhdudiyyətlər olmayacaq

“Qurban bayramı zamanı yeni məhdudiyyətlərin tətbiqi gündəlikdə yoxdur”.

“Report” "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Üsküdarda Həzrəti Əli məscidində cümə namazı qılandan sonra mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyə Dəyanət İşləri İdarəsi məscidə dəvəti və duaları həyata keçirəcək: “Məscidə girişdə koronavirusla bağlı həssaslıq nəzərə alınacaq. Ayasofya məscidində 1 000-1 500 nəfər ilk cümə namazını qılacaq”.

Türkiyə prezidenti Ayasofya məscidi ilə bağlı xarici reaksiyalara da münasibət bildirib: “Onların heç biri bizi yolumuzdan döndərə bilməz. Daxili və suverenlik məsələlərimizə müdaxilə ola bilməz. Bu məsələni kimsə siyasiləşdirib ona bəsit qiymət verməyə çalışmasın. Ayasofya tarixi borcumuz idi, bu borc qaytarıldı. Ayasofyanın zənciri söküldü. Millətimiz buna həsrət idi, bu həsrət aradan qaldırıldı”.

Son xəbərlər

Orphus sistemi