Türkiyədə narkoticarətlə məşğul olmaqda şübhəli bilinən 316 nəfər saxlanılıb

Region
  • 12 sentyabr, 2024
  • 05:20
Türkiyədə narkoticarətlə məşğul olmaqda şübhəli bilinən 316 nəfər saxlanılıb

Türkiyənin 50 əyalətində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara və cinayətkar dəstələrə qarşı keçirilən “Narkoçelik-39” əməliyyatı nəticəsində 316 şübhəli saxlanılıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 580 kq narkotik maddə, 121 min 970 ədəd narkotik tərkibli həb müsadirə edilib.