Türkiyədə istilik elektrik stansiyası meşə yanğını ilə əlaqədar yanır

Türkiyədə istilik elektrik stansiyası meşə yanğını ilə əlaqədar yanır Türkiyədə meşə yanğını ölkənin cənub-qərbində, Muğla əyalətinin Milas şəhəri ərazisində istilik elektrik stansiyasının alışmasına səbəb olub. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Məhəmməd Tokat bildirib.
Region
347
4 Avqust , 2021 23:49
Türkiyədə istilik elektrik stansiyası meşə yanğını ilə əlaqədar yanır

Türkiyədə meşə yanğını ölkənin cənub-qərbində, Muğla əyalətinin Milas şəhəri ərazisində istilik elektrik stansiyasının alışmasına səbəb olub.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Məhəmməd Tokat bildirib.

"Alov istilik elektrik stansiyasını bürüdü, heyət təxliyə edilir, - mer tvitter sosial şəbəkəsindəki hesabında yazıb.

Kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli ölkənin cənubunda 14 meşə yanğınının söndürülməsinin davam etdiyini xəbər verib. O, qeyd edib ki, kurort əyalətləri Antalya və Muğlada yanğınlara qarşı mübarizə davam edir.

Səhiyyə naziri Fahrettin Koca isə meşə yanğınları zamanı ölənlərin sayının 8 nəfərə, zərərçəkənlərin sayının isə 864 nəfərə yüksəldiyini bildirib.

Son xəbərlər

Orphus sistemi