Türkiyədə zəlzələ: İstanbulda binaya, Bursada isə evə zərər dəyib - YENİLƏNİB - 2

Türkiyədə zəlzələ: İstanbulda binaya, Bursada isə evə zərər dəyib - YENİLƏNİB - 2 Türkiyənin İstanbul şəhərində 5.1 bal gücündə zəlzələ baş verib.
Region
4 Dekabr , 2023 14:04
Türkiyədə zəlzələ: İstanbulda binaya, Bursada isə evə zərər dəyib - YENİLƏNİB - 2

Türkiyədə bu gün baş vermiş zəlzələ zamanı İstanbulun Esenler rayonunda 1 bina, Bursanın Mudanya rayonunda isə 1 ev xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Nazirin sözlərinə görə, 2 nəfər pilləkənlərdən yıxılıb. Amma onların səhhəti yaxşıdır.

A.Yerlikaya nazirliyin yenilikləri yaxından izlədiyini diqqətə çatdırıb.

12:20

“Zəlzələ nəticəsində İstanbulda hansısa itki və dağıntı olmayıb”.

“Report” xəbər verir ki, bunu şəhərin valisi Davut Gül deyib.

Onun sözlərinə görə, müvafiq qurumlar prosesə cəlb olunub: “Hələ ki bizdə hansısa neqativ nəticə barədə məlumat yoxdur”.

11:56

Türkiyədə 5.1 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Mərkəzindən (AFAD) bildirilib.

Məlumata görə, təbii fəlakət Marmara dənizində qeydə alınıb. Zəlzələ həm Bursa, həm də İstanbulda hiss edilib.

İtki və dağıntılar barədə hələ ki məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi