Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib.
Region
21 Avqust , 2022 09:35
Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. 

Qəzadan sonra Mardinə gedən daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının artdığını açıqlayıb. "Hadisə bütün təfərrüatları ilə araşdırılır, bütün ehtimallar dəyərləndiriləcək", - Soylu bildirib.

Qeyd edək ki, qəza bir neçə avtomobilin, o cümlədən yük maşınının toqquşması ilə baş verib. 

00:20

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 19 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.

Onun sözlərinə görə, xəsarət alan 26 nəfərdən 6-sının vəziyyəti ağırdır.

2022-08-20 22:20

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.

Onun sözlərinə görə, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.

"Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Xəsarət alnların müalicəsi üçün bütün vasitələr səfərbər edilib. Arzumuz Qaziantep və Mardində baş verən yol qəzalarına görə yeni ağrılar yaşamamaqdır".

21:17

Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, əyləci partlayan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.

İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Bundan əvvəl Qaziantep-Nizip yolunda baş verən yol qəzasında azı 15 nəfər ölüb, 22 nəfər isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi