Türkiyədə daha 62 hərbçi bəraət alıb
Region
- 07 aprel, 2015
- 11:09
Bakı. 7 aprel. REPORT.AZ/ İstanbul Apelyasiya Məhkəməsi 62 hərbçi barəsində bəraət qərarı çıxarıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, onlar 2003-cü ildə o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan hökumətini silahlı yolla devirməkdə ittiham olunurdu.
Martın 31-də məhkəmə 236 nəfər barəsində də bəraət qərarı çıxarıb. Məhkəmə onlar barəsində də dəlillərin yetərli olmadığını əsas göstərib.
Qeyd edək ki, məsələyə dair cinayət işi 2012-ci ilin sentyabrında açılıb. "Balyoz" ("Gürz") əməliyyatı adı alan bu istintaq işində 365 nəfərin adı hallanırdı. Onların arasında Türkiyə Silahlı Qüvvələrinin generalları da var idi.
Beləliklə, "Balyoz" əməliyyatı ilə bağlı həbs olunanların hamısı bəraət alıb.
Son xəbərlər
03:17
Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra kral ailəsini təmsil etməyəcəklər
Digər ölkələr02:56
Azərbaycanın tanınmış rejissoru vəfat edib
İncəsənət02:44
"Fiorentina" Paolo Vanolini baş məşqçi vəzifəsinə qaytarıb
Futbol02:16
Meşə yanğınlarının tüstüsü hər il təxminən 100 min insanın ölümünə səbəb olub
Ekologiya01:50
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
Digər ölkələr01:26
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
Region01:05
Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib
Xarici siyasət00:36
Foto
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib
Hadisə00:13