Türkiyədə avtomobil aşıb, 4 nəfər ölüb, 8 nəfər yaralanıb

Region
  • 20 aprel, 2017
  • 13:29
Türkiyədə avtomobil aşıb, 4 nəfər ölüb, 8 nəfər yaralanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyənin Şanlıurfa əyalətinin Bozova rayonunda yük avtomobilinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 8-i yaralanıb.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Bozova-Halfeti avtomobil yolunun İncirlik yaşayış məntəqəsindən keçən hissəsində baş verib.

Yük avtomobilindəki sərnişinlər Bozovadan Halfetiyə cehiz almağa gedirmişlər. 

44 - Tezliklə