“Yunanıstan 567 ildir xilas ola bilmədiyi Bizans yuxusundan artıq oyanmalıdır”.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu ifadə Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstan parlamenti və hökumətinə ünvanlanan müraciətində vurğulanıb.
“Yunan hökuməti və parlament üzvlərinin düşməçinlik yayan bəyanatlarla xaqlı təhrik etməsini və şanlı bayrağımızın Selanikdə yandırılmasına icazə verilməsini sərt şəkildə qınayırıq. Ayasofyada yenidən səcdəni həzm edə bilməyən Avropanın əl uşağı yenə xəyala dalıb. Tarixdən lazım olan dərsi ala bilməyən irqçi başlar, şanlı bayrağımıza hörmətsizlik edənlər Egeydəki aqibətini xatırlamaları gərəkdir. Yunanıstan 67 ildir oyanmadığı Bizans yuxusundan oyanmalı və bu xəstəlikdən qurtulmalıdır”, - müraciətdə vurğulanıb.
Sənəddə Yunanıstandakı türklərin təzyiq və təqibə məruz qaldığı, onlara məxsus tarixi torpaqlarda məscidlərin uçurulduğu vurğulanıb: “Paytaxtında məscid olmayan yeganə Avropa ölkəsi Yunanstandır. Milli suverenlik məsələsində heç bir dövlət Türkiyəyə dərs verə bilməz. Türk millətinin iradəsi ilə ibadət üçün açılan Ayasofya məscidi torpaqlarımızdakı başqa mədəni irs kimi Türkiyəyə aid olub sonsuza qədər mülkiyyətimiz olacaq, onu qoruyacağıq. Türkiyənin bütün dini nümayəndələrinə və azadlıqlara bağlılığı və xoşməramlılığı fonunda Ayasofya məscidi İslam məbədidir, bütün dinlərin nümayəndələri üçün açıq olacaq”.
Qeyd edək ki, 86 ildən sonra ilk dəfə iyulun 24-də Ayasofya məscidində Cümə namazı qılınıb, bununla da bu tarixi abidə yenidən məscid olaraq fəaliyyətini bərpa edib.
Yunanıstan parlamenti və hökumətinin üzvləri bu hadisə ilə bağlı Türkiyənin ünvanına təhqiredici fikirlər söyləyib. Onların tərəfdarları isə Salonikidə Türkiyə bayrağını yandırıblar.
Egey hadisələrinə gəlincə, 1922-ci il sentyabrın 9-da Yunanıstan ordusu türk ordusu tərəfindən İzmirdən qovularaq Egey dənizinə tökülüb.