Türkiyə ordusu 53 döyüş təyyarəsi ilə terrorçuların düşərgələrini bombalayıb
Region
- 08 sentyabr, 2015
- 06:50
Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçu PKK-nın 20 hədəfini vurması nəticəsində 40-a yaxın terrorçu məhv edilib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, terrorçuların İraqın şimalındakı Kandil, Hakkurk, Avaşın, Metina, Basyan, Gare və Zap dağlarındakı düşərgələri bombalanıb. Əməliyyat yerli vaxtla gecə 23.00-dan səhər 05.00-dək davam edib.
Türkiyədən qaçan 20-25 terrorçudan ibarət qrup da atəşə tutulub. İlkin məlumatlara əsasən, 40-a yaxın terrorçu məhv edilib.
Bununla belə təsbit edilən hədəflər vurularkən, çoxlu sayda terrorçunun zərərsizləşdirildiyi də bildirilib.
Əməliyyatda 53 "F-16" və "F-4" döyüş təyyarələrindən istifadə edilib.
Son xəbərlər
20:05
Foto
Seymur Mərdəliyev: Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası davam edəcək
Region19:43
BMT Təhlükəsizlik Şurası Yəməndəki vəziyyətlə bağlı təcili iclas keçirəcək
Digər ölkələr19:36
Yəmən beynəlxalq qüvvələrin husilərlə mübarizəyə cəlb edilməsini mümkün hesab edir
Digər ölkələr19:32
Serbiya enerji təhlükəsizliyini gücləndirmək üçün yeni layihələr həyata keçirir
Digər ölkələr19:22
Türkiyəli nazir: Azərbaycanın COP29-a hazırlıqda əldə etdiyi təcrübə Türkiyə üçün çox qiymətlidir
Region19:07
Ukrayna və Azərbaycan minalardan təmizləmə sahəsində BMT ilə birgə əməkdaşlığı müzakirə edir
Xarici siyasət19:07
"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında "Mançester Yunayted"ə böyük hesabla uduzub
Futbol18:57
Yuri Qusev: "Azərbaycan biznesinin Ukraynanın bərpasında iştirakı perspektivlidir"
Biznes18:56
Video