Türkiyə səfirliyi Azərbaycanın dövlət başçısını təbrik edib

Region
  • 23 dekabr, 2021
  • 19:32
Türkiyə səfirliyi Azərbaycanın dövlət başçısını təbrik edib

Türkiyənin Azərbaycandakı Səfirliyi tviterdəki səhifəsində Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, fəaliyyətlərində uğurlar arzulayırıq”.