“Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi seçki həm Azərbaycanı, həm də Ermənistanı narahat edib”
“Report” “
Onun sözlərinə görə, Azərbaycan Qarabağda separatçı erməni qüvvələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri 24 saatdan da az vaxt ərzində uğurla başa çatıb:
“Bu, qismən Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir. Onların “prezident seçkiləri”ni özünəməxsus şəkildə keçirmək cəhdi həm Ermənistanın baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxırdı. Bu arada, təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə qaldırdı.
Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, əksinə, prosesi davam etdirdilər. Hadisə belə davam etdiyi üçün də, Azərbaycan müvafiq addım atdı. Və daha da gecikmədən orada əməliyyatlarını yekunlaşdırdılar. Antiterror tədbirləri bitdikdən sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtə məhv edilib. Yəni 90 mövqe vurulmaqla artıq tədbirlər bitib”.
Ərdoğan bildirib ki, antiterror tədbirləri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub:
“Bu məqamda o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və “Yəqin ki, bir daha orada nəfəs ala bilməyəcəklər. Biz işi yenicə bitirdik. Heç bir problem yoxdur. Biz buna son qoyduq”o deyib”, - deyə o vurğulayıb.