Türkiyə parlamenti ölkənin silahlı qüvvələrinin Liviyada qalması üçün mandatı uzadıb.
“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu parlamentarilərin səsverməsinin nəticələri sübut edir.
Prezidentin fərmanına əsasən, Türkiyə hərbçiləri növbəti 24 ay ərzində Liviyada xidmət edə biləcəklər.
Qeyd edək ki, Liviyada bir neçə il paralel olaraq iki icraedici orqan mövcud olub: Tripolidə Fayez əl-Sərracın Milli Razılıq Hökuməti (MRH) və şərqdə parlamentin və Liviya Milli Ordusunun (LMO) dəstəyini alan və qondarma müvəqqəti nazirlər kabineti. 2019-cu ilin aprelində LMO-nun komandiri Xəlifə Haftar ölkənin əsas şəhərinə hücuma keçib. Buna cavab olaraq Tripolidəki Nazirlər Kabineti nəzarəti altında olan bütün birləşmələri səfərbər edərək, Türkiyə ilə imzalanmış hərbi əməkdaşlıq memorandumu əsasında rəsmi şəkildə Ankaradan kömək istəyib. Bundan sonra rəsmi Ankaranın fəal dəstəyi ilə mərkəzi hakimiyyət LMO-nun ələ keçirdiyi bəzi ərazilərə nəzarəti bərpa edə bilib.