Türkiyə ordusu təslim olan terrorçuların verdikləri məlumatlar əsasında rekord sayda silah ələ keçirib
- 30 dekabr, 2023
- 10:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Silahlı Qüvvələri təslim olan terrorçuların verdikləri məlumatlar əsasında onlara məxsus yüzlərlə silah-sursatı ələ keçirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, təslim olan 2 terrorçunun verdiyi informasiyalar nəticəsində İraqın Zap bölgəsində 467 ədəd istifadə olunmamış AK-47 avtomatı, həmçinin çoxlu sayda sursat ələ keçirilib.
Bundan başqa, 1 ədəd 7.62 mm PKMS avtomatı, 56 ədəd RPG-7 canlı qüvvə əleyhinə sursat, 314 ədəd əl qumbarası, 2 ədəd avtomat lüləsi, 146 ədəd AK-47 avtomatının darağı ələ keçirilib.
Məlumata görə, bu, son vaxtlar ərzində bir dəfəyə ələ keçirilən rekord sayda silah-sursatdır.
Kahraman Mehmetçik, Irak’ın kuzeyindeki Pençe-Kilit Operasyonu bölgesinde terör örgütü PKK’nın inlerine girmeye devam ediyor. Etkisiz hâle getirilen iki teröristten teslim olanın verdiği bilgiler doğrultusunda Komandolarımız, Zap bölgesinde 467 adet kullanılmamış AK-47 piyade… pic.twitter.com/6Gb5d2Q6YI
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 30, 2023