Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, 9 terrorçu öldürülüb

Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, 9 terrorçu öldürülüb Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.
Region
12 Yanvar , 2025 14:10
Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, 9 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı "Pençe-Kilit" və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı" əməliyyat bölgələrində isə PKK-nın daha altı üzvü zərərsizləşdirilib.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Son xəbərlər

Orphus sistemi