Türkiyə Liviyaya humanitar yadım və axtarış-xilasetmə qrupu da daxil olmaqla 3 təyyarə göndərir.
“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi
“Liviyada baş verən qasırğa ilə bağlı müvafiq qurumlarımızla koordinasiyalı şəkildə qardaş Liviyaya dəstək və yardım göstərmək səylərimizi davam etdiririk. Bu çərçivədə nazirliyimizin koordinasiyası ilə Liviyaya humanitar yardım və axtarış-xilasetmə qrupları ilə birlikdə üç təyyarə göndəririk. Türkiyə, həmişə olduğu kimi, bu çətin gündə də dost və qardaş Liviyanın yanındadır və hər cür dəstəyi verməyə hazırdır”, - nazirlik bildirib.
Eyni zamanda, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)
Xatırladaq ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib.