Türkiyə lideri: “Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb”

Türkiyə lideri: “Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb” “Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb. Bu epik qələbə bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz”.
Region
29 May , 2022 15:19
Türkiyə lideri: “Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb”

“Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb. Bu epik qələbə bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz”.

“Report” xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

“Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq. Türkiyə olaraq biz tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim hamımızın, bütün regionumuzun xeyrinədir. Xüsusilə sevindirici haldır ki, sərhəd komissiyaları mayın 24-də ilk iclasını keçirib və Zəngəzur dəhlizində irəliləyiş əldə olunub. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə aparırıq”, - Türkiyə lideri əlavə edib.

Son xəbərlər

Orphus sistemi