Terrorçu PYD Türkiyənin sərhədyanı bölgəsindəki polis bölməsinə raket atıb
Region
- 26 aprel, 2017
- 13:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 aprel. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD Türkiyənin Hatay bölgəsindəki 2 polis şöbəsinin binasına raket atıb.
“Report” "Ulusalkanal"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
İnformasiyaya əsasən, terrorçu PYD silahlıları Suriyanın Afrin bölgəsindən və Bəşşar Əsədə bağlı silahlılar isə ölkənin başqa ərazisindən Türkiyənin sərhəddə yerləşən Hatay əyalətinin iki polis bölməsinə havadan iki ayrı hücum edib.
Hücum nəticəsində itki və dağıntı olmayıb. Türkiyə hərbçiləri hücuma raket atəşləri ilə cavab veriblər.
Qeyd edək ki, Hatay bölgəsi Suriya sərhəddə yerləşir.
Son xəbərlər
12:00
Pakistan Səudiyyə Ərəbistanına hərbçi göndərib
Digər ölkələr
11:41
Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib
Digər ölkələr
11:36
Tolyattidə PUA hücumundan sonra sənaye müəssisəsində yanğın başlayıb
Region
11:23
Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub
Ekologiya
11:21
"Atletiko" Ademola Lukmanla bağlı təklifləri dəyərləndirməyə hazırdır
Futbol
11:14
Kəraçidə binanın çökməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Digər ölkələr
10:59
İsveçrədə silah ixracı qaydalarının sadələşdirilməsinə dair referendum keçirilir
Digər ölkələr
10:41
Çin "Changzheng-6C" raketi vasitəsilə orbitə dörd peyk çıxarıb
Digər ölkələr
10:23
PSJ Meksika millisinin hücumçusu Xulian Kinyonesi transfer etməyi nəzərdən keçirir
Futbol