Tehran meri prezident seçkilərində namizədliyini geri götürüb

Tehran meri prezident seçkilərində namizədliyini geri götürüb Tehran meri İranda keçiriləcək prezident seçkilərindən geri çəkildiyini açıqlayıb.
Region
27 İyun , 2024 12:28
Tehran meri prezident seçkilərində namizədliyini geri götürüb

Tehran meri Əlirza Zəkani digər iki namizəd - parlamentin sədri Məhəmmədbağır Qalibafın və İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin xeyrinə İran prezident seçkilərində namizədliyini geri götürüb.

“Report” xəbər verir ki, bu barədə TASS İran KİV-nə istinadən məlumat yayıb.

“Mən seçkiqabağı yarışmanın qanunla müəyyən edilmiş müddətinin sonuna çatmışam. Ancaq mərhum prezident İbrahim Rəisinin kursunu davam etdirmək daha vacibdir. Səid Cəlili və Məhəmmədbağır Qalibafdan xahiş edirəm ki, birləşsinlər, inqilab qüvvələrinin haqlı tələblərini cavabsız qoymasınlar”, - o bildirib.

İyunun 28-də İranda 14-cü prezident seçkiləri keçiriləcək.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərində namizədlər bunlardır: parlament sədri Məhəmmədbağır Qalibaf, parlament üzvü Məsud Pezeşkian, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi.

Bu gün İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşimi də prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib.

Son xəbərlər

Orphus sistemi