TDT Baş katibi təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib
Region
- 12 noyabr, 2025
- 00:44
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.
"Report" xəbər verir ki, o, bu barədə "X"də paylaşım edib.
"Türkiyə Milli Müdafiə Nazirliyinin Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğradığını dərin kədərlə öyrəndik. Hazırda axtarış-xilasetmə işləri davam edir. Şəhidlərin ruhuna səmimi dualarımızı çatdırır, ailələrinə, yaxınlarına və qardaş Türkiyə xalqına başsağlığı veririk", - paylaşımda bildirilib.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
Son xəbərlər
11:34
Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği müəyyənləşib
Digər11:33
"Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib
Biznes11:31
Foto
Azərbaycanda sənayedə təhlükəsizlik üzrə anlaşma memorandumu imzalanıb
Sənaye11:30
Elektron xidmətlərin təşkili və göstərilməsi qaydası təsdiqlənib
Daxili siyasət11:28
SOCAR emal müəssisələrində proses təhlükəsizliyi üzrə yeni mərhələ başlayır
Energetika11:25
Anar Bağırov: Mədəniyyət hüququ mühitdən kənarda mövcud ola bilməz
Mədəniyyət siyasəti11:24
Gələn il "MyLift" elektron platforması istifadəyə veriləcək
Sənaye11:23
İşçilərin sayı 50-dən çox olan iş yerlərində yeni vəzifə təsis ediləcək
Milli Məclis11:22