TBMM sədri: “Türkiyənin yeni konstitusiyaya ehtiyacı var”

Region
  • 03 may, 2023
  • 08:52
TBMM sədri: “Türkiyənin yeni konstitusiyaya ehtiyacı var”

“Türkiyənin yeni konstitusiyaya ehtiyacı var”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop TBMM-nin 27-ci Dövr Dəyərləndirmə Toplantısında deyib.

O bildirib ki, Türkiyə yeni konstitusiyaya layiqdir: “Bu mənada əsas gözləntilərimdən biri də yeni konstitusiyanın qəbul olunmasıdır”.

M.Şəntopun sözlərinə görə, yaxın gələcəkdə yeni konstitusiya qəbul oluna bilər.

O, konkret olaraq hansı əlavə və düzəlişlərə ehtiyac olduğunu açıqlamayıb.