Tbilisidə Azərbaycana dəstək aksiyası keçirildi

Tbilisidə Azərbaycana dəstək aksiyası keçirildi Hazırda aksiyaçılar Heydər Əliyev adına parka toplaşırlar.
Region
8629
28 Sentyabr , 2020 15:21
Tbilisidə Azərbaycana dəstək aksiyası keçirildi
0 : 00
0 : 00

Tbilisidə Azərbaycana dəstək məqsədilə keçirilən aksiya Azərbaycan səfirliyinin binası qarşısında davam etdirilib.

"Report"un yerli bürosu xəbər verir ki, iştirakçılar Azərbaycanın Dövlət himnini ifa ediblər.

Aksiyada Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin I katibi Anar Rəsulov aksiyaçılarla görüşüb və onlara nümayiş etdirdikləri dəstəyə görə Azərbaycan dövləti və səfir Faiq Quliyevin adından təşəkkür edib.

Diplomatın sözlərinə görə, Azərbaycan Ordusu zəfər çalmaqda davam edir:

"Silahlı Qüvvələrimiz uğurlu əməliyyatlar aparırlar. Azərbaycan əsgərləri işğal altında olan bütün torpaqlarımızı azad edəcəklər".

A.Rəsulov səfirin adından soydaşlarımızı ayıq-sayıq olmağa və təxribatlara uymamağa çağırıb.

Aksiyaya "Vur keç səngəri, Azərbaycan əsgəri!", "Qarabağ bizimdir, bizim olacaq!" şüarları ilə yekun vurulub.

14:55

Tbilisidə Azərbaycana dəstək aksiyası yürüşlə davam edir.

"Report"un yerli bürosu xəbər verir ki, aksiyaçılar Heydər Əliyev adına parkdan Azərbaycan səfirliyinə doğru irəliləyirlər.

Yürüş iştirakçıları yol boyu Azərbaycan dövləti və əsgərlərinə dəstək şüarları səsləndirirlər.

14:42

Tbilisidə Azərbaycana dəstək aksiyası başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, aksiya Heydər Əliyev adına parkda keçirilir.

Aksiyaçılar əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar.

Onlar hərbi vətənpərvərlik musiqi və mahnıların sədaları altında Azərbaycan dövləti və ordusuna, əsgərinə dəstək və “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına son!", "Səninləyik Azərbaycan" şüarları səsləndirirlər.

Təşkilatçılar bildiriblər ki, Gürüstan azərbaycanlıları Azərbaycanı haqq işində dəstəkləyirlər. Onların sözlərinə görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları və kəndlərin erməni işğalından azad olunması barədə xəbərləri böyük sevinclə qarşılayıblar.

14:09

Tbilisidə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyada Gürcüstanın azərbaycanlı gəncləri, Azərbaycan vətəndaşları, gürcü və azərbaycanlı ziyalılar iştirak edirlər.

Hazırda aksiyaçılar Heydər Əliyev adına parka toplaşırlar. Onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin binasına qədər yürüş edəcəklər.

Aksiya səfirliyin binası qarşısında davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi