Tatarıstan DİN başçısı: “Kazanda aviasiya zavodunda terror aktının qarşısı alınıb”

Region
  • 25 yanvar, 2017
  • 13:06
Tatarıstan DİN başçısı: “Kazanda aviasiya zavodunda terror aktının qarşısı alınıb”

Bakı. 25 yanvar. REPORT.AZ/ Tatarıstan Respublikasının paytaxtı Kazanda aviasiya zavodu ərazisində planlaşdırılan terror aktının qarşısı alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Tatarıstan Respublikasının daxili işlər naziri Artyom Xoxrin başçılıq etdiyi qurumun 2016-cı ilin yekunlarına dair iclasında bildirib.

“Bir qrupun Tatarıstan ərazisində, xüsusən Kazan aviasiya zavodunda silsilə terror törətməsinin qarşısı alınıb”, - deyə, o söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Kazanda “Təbliğe-Camaat” ekstremist təşkilatının üzvlərinin tutulduğu barədə xəbər yayılıb.