Şoyqu: "Ukrayna Krımı HİMARS-la vurmağa hazırlaşır, bu, ABŞ və Britaniyanın münaqişəyə qoşulması deməkdir"

Şoyqu: "Ukrayna Krımı HİMARS-la vurmağa hazırlaşır, bu, ABŞ və Britaniyanın münaqişəyə qoşulması deməkdir" "Ukrayna Silahlı Qüvvələri Krıma HIMARS və "Storm Shadow" raketləri ilə zərbə endirməyi planlaşdırır".
Region
20 İyun , 2023 13:50
Şoyqu: Ukrayna Krımı HİMARS-la vurmağa hazırlaşır, bu, ABŞ və Britaniyanın münaqişəyə qoşulması deməkdir

"Ukrayna Silahlı Qüvvələri Krıma HIMARS və "Storm Shadow" raketləri ilə zərbə endirməyi planlaşdırır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.

O bildirib ki, bu, ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması anlamına gələcək: “Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək”.

S.Şoyqu həmçinin söyləyib ki, NATO mütəxəssislərinin hazırladığı Ukraynanın elit birləşmələri hücum əməliyyatlarını davam etdirirlər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna Silahlı Qüvvələri bir müddət əvvəl əks-hücum əməliyyatlarına başlayıb. Rusiya Prezidenti Vladimir Putin bunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi