Si Cinpin Berdiməhəmmədovu Çin-Mərkəzi Asiya sammitinə dəvət edib

Si Cinpin Berdiməhəmmədovu Çin-Mərkəzi Asiya sammitinə dəvət edib Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Çin xarici işlər nazirinin birinci müavini Ma Çjaosüyü qəbul edib.
Region
14 May , 2023 07:44
Si Cinpin Berdiməhəmmədovu Çin-Mərkəzi Asiya sammitinə dəvət edib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Çin xarici işlər nazirinin birinci müavini Ma Çjaosüyü qəbul edib.

“Report” xəbər verir ki, bu barədə bazar günü Türkmənistan televiziyasının “Vətən” rəsmi proqramında məlumat verilib.

Məlumata görə, Ma Çjaosüy Berdiməhəmmədova Çin sədri Si Cinpinin adından salamlarını və Çin-Mərkəzi Asiya sammitində iştirak etmək üçün dəvəti çatdırıb. Bildirilir ki, Çin tərəfi Türkmənistan rəhbərinin bu tədbirdə iştirakını səbirsizliklə gözləyir. Türkmənistan lideri Çin rəhbərliyinə dəvətə görə təşəkkür edib.

Görüş zamanı Berdiməhəmmədov və Si Cinpin müasir reallıqlar nəzərə alınmaqla, qarşılıqlı faydalı əlaqələrin qurulması üçün böyük potensiala malik olan ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Həmsöhbətlər ölkələrinin ticarət-iqtisadi sahədə, yanacaq-energetika kompleksində və digər sahələrdə məhsuldar əməkdaşlıq etdiyini qeyd ediblər.

Xatırladaq ki, daha öncə Çin Xarici İşlər Nazirliyi bildirmişdi ki, Sian şəhəri mayın 18-19-da keçiriləcək Çin-Mərkəzi Asiya sammitinə ev sahibliyi edəcək. Foruma Çin rəhbəri sədrlik edəcək. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderlərinin də iştirak edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi