Səudiyyə Ərəbistanının baş prokuroru jurnalistin öldürülməsi ilə bağlı sualları cavablandırmayıb

Səudiyyə Ərəbistanının baş prokuroru jurnalistin öldürülməsi ilə bağlı sualları cavablandırmayıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Mücib İstanbul prokuroru İrfan Fidandan öldürülən jurnalist Camal Qaşıqçının mobil telefonunu istəyib.
Region
31 Oktyabr , 2018 12:13
Səudiyyə Ərəbistanının baş prokuroru jurnalistin öldürülməsi ilə bağlı sualları cavablandırmayıb
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Mücib İstanbul prokuroru İrfan Fidandan öldürülən jurnalist Camal Qaşıqçının mobil telefonunu istəyib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, krallğını baş dövlət ittihamçısı Türkiyədə ona ünvanlanan suallara cavab verməkdən yayınıb.

Bildirilib ki, Səud əl-Mücib “Qaşıqçı cinayətinin əvvəlcədən planlaşdırıldğını demişdiniz. Sizcə, cinayəti kim planlaşdırıb?”, “Cinayətin törədilməsində yerli (türkiyəli - “Report”) şəxslə əlbirliyindən söz açmısınız. Bu yerli kimdir?”, “Camal Qaşıqçının meyiti basdırılıbmı?” kimi suallara cavab verməyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Mücib üç gündür Türkiyədə səfərdədir. O, oktyabrın 30-da Türkiyə Milli İstiqbarat Təşkilatının İstanbuldakı şöbəsində olub.

Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli “Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.

Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Bu arada Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib jurnalistin öldürülməsinə görə oktyabrın 28-də Türkiyəyə səfər edib.

Son xəbərlər

Orphus sistemi