Şərqi Azərbaycan əyalətində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq

Şərqi Azərbaycan əyalətində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq İranın mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətində elektrik enerjisi qrafiklə verilməyə başlayıb.
Region
18 Dekabr , 2024 10:18
Şərqi Azərbaycan əyalətində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq

İranın mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətində elektrik enerjisi qrafiklə verilməyə başlayıb.

“Report” “snn.ir”ə istinadən xəbər verir ki, məlumat Təbrizin elektrik enerjisinin paylanması şirkətinin saytında yayılıb.

Bildirilib ki, Təbrizdə və ətraf ərazilərdə, o cümlədən Səhənd, Azərşəhr, Basmınc, Xosrovşəhr rayonlarına elektrik enerjisinin verilməsində fasilələr olacaq.

İran Prezidenti Məsud Pezeşkian Energetika və Neft Nazirliyinin rəhbərliyi ilə görüşdə elektrik enerjisi və təbii qaza qənaət olunmasından bəhs edib: “Ölkədə enerji sahəsində balansın olmadığını xalqla vicdanla müzakirə edək. Onlardan elektrik enerjisi və yanacağa ilk növbədə qənaət etmələrini xahiş edək. Bu, mövcud böhranda çıxmaq üçün bir addımdır”.

O vurğulayıb ki, bu sahədə istehlakı azaltmağın bütün yolları araşdırmalı və ən ucuz olanlar tətbiq edilməlidir: “Ölkədə enerjiyə qənaət hökumət binalarında temperaturun aşağı salınması hesabına da əldə edilə bilər”.

Son xəbərlər

Orphus sistemi