Sergey Şoyqu: "Nüvə müharibəsi ehtimalı artır və fəlakətli nəticələr vəd edir"

Sergey Şoyqu: "Nüvə müharibəsi ehtimalı artır və fəlakətli nəticələr vəd edir" Nüvə müharibəsi ehtimalı getdikcə artır.
Region
30 Oktyabr , 2023 09:30
Sergey Şoyqu: Nüvə müharibəsi ehtimalı artır və fəlakətli nəticələr vəd edir

“Nüvə müharibəsi ehtimalı getdikcə artır”.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər: “Qərbin müntəzəm şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək səyləri nüvə gücləri arasında hərbi toqquşma təhlükəsi daşıyır və fəlakətli nəticələr vəd edir”.

S.Şoyqu bildirib ki, Ukrayna müharibəsi ABŞ və NATO-nun Rusiya ilə bağlı hesablamalarının puça çıxdığını göstərdi: “Qərb münaqişə potensialını Asiya-Sakit okean regionuna yaymağa çalışır. Beləliklə, nüvə arsenalına malik dövlətlər arasında qarşıdurma riskləri artır”.

Son xəbərlər

Orphus sistemi