Sərdar Berdıməhəmmədov Türkmənistanın yeni prezidenti seçilib

Sərdar Berdıməhəmmədov Türkmənistanın yeni prezidenti seçilib Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdiməhəmmədov ölkənin yeni prezidenti seçilib.
Region
15 Mart , 2022 11:26
Sərdar Berdıməhəmmədov Türkmənistanın yeni prezidenti seçilib

Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdıməhəmmədov ölkənin yeni prezidenti seçilib.

“Report” xəbər verir ki, Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sərdar Berdiməhəmmədov seçicilərin 72,97%-nin səsini qazanıb.

Martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17%-i deməkdir.

MSK-nın məlumatına görə, prezidentlik kürsüsü uğrunda mübarizə aparmış 9 namizəd aşağıdakı kimi səs qazanıb:

- Lebap vilayətinin maliyyə-iqtisadi orta peşə məktəbinin direktoru Perhat Begencov - 2,02%;

- Marı vilayəti başçısının müavini Ağacan Bəymıradov - 7,22%;

- Baş nazirin iqtisadiyyat və maliyyə məsələləri üzrə müavini Sərdar Berdıməhəmmədov - 72,97%;

- Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyinin “Avaza” sanatoriyasının Baş həkimi, Türkmənistan Məclisinin deputatı Berdıməmməd Qurbanov - 2,22;

- “Vepaly gurluşyk” Tikinti Şirkətinin direktoru Babamırat Meredov - 1,08%;

- Türkmənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun elmi işlər üzrə prorektoru Xıdır Nunnayev - 11,09%;

- Türkmənistan Demokratik Partiyasının Daşoğuz vilayətinin Saparmurat Türkmənbaşı adına rayon Komitəsinin sədri Maksat Odeşov - 1,15%;

- Axal vilayəti Babadayxan Rayonu Sanitar-Epidemioloji Xidmətinin rəisi Maksatmırat Ovezgeldiyev - 1,16%;

- Dövlət Energetika İnstitutunun “Bərpa olunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktoru Kakageldi Sarıyev - 1,09%.

Son xəbərlər

Orphus sistemi