Şanlıurfada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Region
  • 06 fevral, 2023
  • 03:53
Şanlıurfada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Türkiyənin Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə şəhərin valisi Salih Ayhan məlumat verib.

Onun sözlərinə görə, yaralananların sayı 30-dur.

07:05

Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü bildirilib.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, rəqəmləri şəhərin valisi Salih Ayhan açıqlayıb.

“İlkin məlumata görə, 16 bina dağılıb. 10 vətəndaş ölüb. Vətəndaşları yolları xilasedicilər üçün boşaltmağa çağırırıq”, - o vurğulayıb.

06:51

Şanlıurfa bələdiyyə başçısı bölgədə 16 binanın çökdüyünü, dağıntılar altında vətəndaşların qaldığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

44 filmi