Rusiyanın Ternopola endirdiyi zərbələr nəticəsində 25 nəfər ölüb - YENİLƏNİB-3

Region
  • 19 noyabr, 2025
  • 17:21
Rusiyanın Ternopola endirdiyi zərbələr nəticəsində 25 nəfər ölüb - YENİLƏNİB-3

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəş tutması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, onlardan üçü uşaqdır.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatında deyilir.

Daha 73 nəfər, o cümlədən 15 uşaq yaralanıb.

Xilasetmə işləri davam edir.

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 20-yə çatıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri ölkənin Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, onların arasında iki uşaq var.

Xilasetmə işləri davam edir.

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəşə tutması nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

"Rusiyanın Ternopolda yaşayış binalarına zərbə endirməsi nəticəsində 19 ölü və 66 yaralı var. Yaralılardan 16-sı uşaqlardır", - o, sosial şəbəkələrdə yazıb.

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində 10 nəfər həlak olub, 37 nəfər yaralanıb.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib.

Yaralılardan 12-si uşaqdır.

"Mənzillərdən sakinlərin təxliyəsi davam edir. Dağıntılar altında insanlar qalıb", - məlumatda qeyd olunub.

Məlumata görə, noyabrın 19-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ternopola dron və raketlərlə zərbə endirib.

Son xəbərlər

Bütün Xəbər Lenti