Rusiyanın MiQ-31 qırıcı təyyarəsi Leninqrad vilayətində qəzaya uğrayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qərb Hərbi Dairəsindən məlumat verilib.
Bildirilib ki, ekipaj üzvləri katapult edərək xilas olublar.
Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.