Rusiyada zəlzələ olub

Region
  • 27 dekabr, 2023
  • 06:52
Rusiyada zəlzələ olub

Rusiyanın İrkutsk vilayətində 5,1 maqnitudada zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin regional qərargahının məlumatına görə, İrkutsk vilayətinin Ust-Kut şəhərində zəlzələnin intensivliyi 4 bal, İrkutskda isə 2 bal olub.

Qeyd edilib ki, zəlzələ nəticəsində dağıntılar olmayıb.