Rusiyanın Nazirlər Kabineti 2030-cu ilə qədər alkoqol istehlakının azaldılması konsepsiyasını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Konsepsiyasın əsas məqsədi spirtli içkilərdən istifadə ilə bağlı xəstəlik, əlillik və ölüm hallarının azaldılmasıdır.
Qeyd edək ki, 2024-cü il mayın 1-dən Rusiyada alkoqol və tütünə aksiz vergiləri artacaq.