Rusiyada qızıl mədəni uçub, dağıntı altında qalan fəhlələr axtarılır
Region
- 06 yanvar, 2021
- 05:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Kamçatka diyarında yerləşən qızıl yatağındakı şaxtanın uçması nəticəsində 5 nəfər dağıntılar altında qalıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Kamçatka diyarı hökumət başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Zaboliçenko bildirib.
Onun sözlərinə görə, 3 nəfər mədəndən özü çıxıb və 2 fəhlənin isə taleyindən xəbər yoxdur.
"Təcili xidmət canlı qüvvəsi və vasitələri xəsarət alanlara yardım etməyə hazır vəziyyətdədir. Şaxtada dağlıq ərazilərdə xilasetmə hərb hissənin 6 mütəxəssisi dağıntılarda fəhlələrin axtarışı və xilas edilməsi məqsədi ilə əməliyyat aparır", - A.Zaboliçenko bildirib.
Qəzanın səbəbi açıqlanmayıb.
Son xəbərlər
15:17
Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
ASK
15:12
Foto
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Xarici siyasət
15:08
Foto
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
Fərdi
15:08
Foto
Şabranın mərkəzi küçələrinin asfalt örtüyü yararsız vəziyyətə düşüb, təmir işləri planlaşdırılır
İnfrastruktur
14:53
Foto
UNEC-də informasiya təhlükəsizliyi və kiber klubların fəaliyyəti müzakirə olunub
Daxili siyasət
14:48
"Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər
Futbol
14:40
Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Region
14:33
Foto
Video
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə
14:20
Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
Energetika